fbpx

Ümumi Qaydalar

TrendCaspi.com saytında elan yerləşdirilməsi bu istifadəçi razılaşması (bundan sonra – Razılaşma) ilə tənzimlənir.Saytda təsbit edilmiş qaydaların pozulması və reklam üzrə istifadəçilərin çoxsaylı şikayətləri elanın,həmçinin onların sahiblərinin qeydiyyat hesablarının bloklanması ilə nəticələnə bilər.Bütün elanlar əlavə xidmətlərin (VİP  Premium və s.) aid olub olmamasından asılı olmayaraq qaydalara uyğun olmalıdır.Qaydalara əməl olunmadıqda hətda ödəniş olunmuş elanlar da blok oluna və ya silinə bilər.Hər kəs elan yerləşdirməzdən əvvəl trendcaspi.com saytının qaydaları ilə tanış olub riayət etməlidir.

1.Elanların yerləşdirilməsi

1.1. 30 gün ərzində istifadəçi ancaq 4 ödənişsiz elan yerləşdirə bilər.Bundan sonra hər yeni elan ödənişlidir – 4 AZN.Elanın aktivlik müddəti 30 gündür.

1.2. Saytda yerləşdirilmiş elanda nəqliyyat vasitəsi (bundan sonra – NV) haqqında məlumatları və şəkilləri başqa NV-ə aid məlumatlara və şəkillərə dəyişmək qadağandır.

1.3. Saytda eyni zamanda eyni NV ayrı ayrı elanlarda aşkar olunarsa,hər iki elan silinəcək.

1.4. İstənilən elanın bərpası ödənişlidir.Xidmətin qiyməti – 4 AZN.

1.5. Hər hansı elanın yayınlanma müddəti tətbiq olunan xidmət paketinin müddəti ilə məhdudlaşır.

2. Şəkillər

2.1. Elanda şəkillərin maksimal həcmi 100 mb-dır.Elanda minumum üç (3) şəkil olmalıdır: NV -in ön hissəsi,arxa hissəsi,və salonun tam ön hissəsi.

2.2. Şəkillərin maksimal ölçüsü 1024×1024 pikseldir.

2.3. Şəkillər keyfiyyətli olmalıdır.

2.4. “Skrinşot” şəkilləri qəbul olunmur.Çərçivədə olan ,və ya ağ-qara xətlərlə olan şəkillər dərc olunmur.

2.5. Şəkillərdə hər hansı bir loqotip olmamalıdır.

2.6. Şəkillərdə NV-nin dövlət nömrə nişanını və insanları gizlətmək üçün stikerlərin və smaylların istifadəsi qadağandır.

2.7. Şəkillərdə reklam xarakteri daşıyan məlumat olmamalıdır.

2.8. Şəkillərdə əlaqə vasitələri göstərilməməlidir.

2.9. Avtosalonda çəkilmiş şəkillər ancaq həmin avtosalonun adından yerləşdirilə bilər.

2.10. Avtosalon adından yerləşdirilən elanlarda NV-nin avtosalon içərisində və ya düz qabağında çəkilmiş şəkillər olmalıdır.

2.11. Başqa şəxslərin NV-nin şəkillərinin və ya internetdən götürülən şəkillərin yerləşdirilməsi qadağandır!

2.12. Şəkildə avtomobilin rəngi aydın görünməlidir.

2.13. Şəkillərdə avtomobil hazırki vəziyyətində olduğu kimi görünməlidir.

3.Qiymət

3.1. NV-nin tam qiyməti “AZN” ilə qeyd olunmalıdır.Əgər nəqliyyat vasitəsi kreditdədirsə,kredit şərtləri elanın təsvirində qeyd olunmalıdır.İlkin ödəniş məbləğini “Qiymət” xanasında qeyd etmək qadağandır.

4.Təsvir

4.1. Təsvirdə olan məlumatdatəhqiramiz ifadə və reklam xarakterli məlumat olmamalıdır.

4.2. Təsvirdə yazılan məlumat xanada qeyd olunan məlumata uyğun olmalıdır.

4.3. “Təsvir” bölməsini boş saxlamaq qadağandır.Burada NV haqqında bir neçə cümlə yazın.

5.Əlaqə Vasitələri

5.1 Şəxsi əlaqə vasitələri düzgün qeyd olunmalıdır: ad,elektron poçt ünvanı,telefon nömrəsi.

5.2. Elan dərc olunduqdan sonra telefon nömrəsi ilə bağlı heç bir dəyişiklik həyata keçirilmir.

5.3. Elana icazə verilməyən dəyişikliklər edildikdə elanın yayınlanması dayandırılır.

5.4. Elanda telefon nömrəsi səhv qeyd olunubsa elan saytdan silinəcək.

5.5. İstifadəçi yerləşdirdiyi elanın dəqiqliyinə,tamlığına,onun Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğunluğuna ,elanda yerləşdirilən məlumatların üçüncü şəxslərin hüquqlarını pozmamasına və onların iddialarından azad olmasına görə məsuliyyət daşıyır.

6. Elana Düzəliş edilməsi

6.1.Elanda dəyişiklik etmək üçün istifadəçi hesabınızda “Elanlarım” bölməsinə daxil olaraq “Düzəliş et” düyməsini basın.Dərc olunmamış elanlarda düzəliş etmək mümkün deyil.

6.2.Bu məlumatlar ilə bağlı heç bir dəyişiklik edilmir və ediləcəyi  halda elan saytdan silinəcək: əlaqə məlumatları ,marka,model,buraxılış ili.

6.4. Düzəli edilmiş elan qaydalara uyğun deyilsə, düzəliş qəbul olunmur.

7.Qara siyahı

7.1. Operatora və ya moderatora qarşı hörmətsizlik edən istifadəçinin əlaqə vasitələri blok olunur və o trendcaspi.com saytında elan yerləşdirə bilməz!

7.2. Elanda başqa NVinin şəkillərini yerləşdirən və ya hər hansı digər qaydaları pozan istifadəçi qara siyahıya düşür və trendcaspi.com saytında daha elan yerləşdirə bilməz !

7.3. “Təkrar elan” qaydalarını pozduğu halda istifadəçiyə birinci dəfə xəbərdarlıq edilir ,yenidən qaydaları pozarsa ,qara siyahıya düşür.

7.4. Özəl şəxs (adi istifadəçi) tərəfindən yerləşdirilmiş NV elanlarının avtosalon tərəfindən satılması halları aşkar olunduqda ,elan silinəcək və istifadəçinin əlaqə vasitələri qara siyahıya əlavə olunacaq.Belə olan halda ödənilən pul geri qaytarılmır.

7.5. Əlaqə vasitələrinin qara siyahıdan çıxarılması mümkün deyil.

7.6. Üçüncü şəxsin əlaqə vasitələri qeyd edildikdə və həmin şəxs şikayət etdikdə əlaqə vasitələri qara siyahıya düşür.

8.Avtosalonlar və ticarət fəaliyyəti ilə məşğul olan digər şəxslər.

8.1. Əgər istifadəçinin ticarət fəaliyyəti ilə məşğul olduğu aşkarlanarsa ,onun ödənişsiz elanları silinəcək.

8.2. Bütün yuxarıda qeyd olunan qaydalar avtosalonlara və ticarət fəaliyyəti ilə məşğul olan digər şəxslərə də aiddir.

8.3.Avtosalonlar və ticarət fəaliyyəti ilə məşğul olan digər şəxslər üçün hər elanın qiyməti 10 AZN təşkil edir.

8.4. Elanın bərpası ödənişlidir.Xidmətin qiyməti 10 AZN.

8.5. Trendcaspi.com saytının administrasiyası saytın qaydalarının bilərəkdən pozulması halları zamanı müqaviləni ləğv etmək hüququnu özündə saxlayır.Bu halda ödənilən pul geri qaytarılmır.

9.Texniki Dəstək xidməti

9.1. Texniki dəstəyin telefonları təqvimin bütün günlərində 11:00 -dan 23:00-a qədər işləyir.Whatsapp vasitəsilə təqvimin bütün günlərində 24 saat yaza bilərsiniz.

9.2. Texniki dəstəyə müraciət etdikdə mütləq elan nömrəsi qeyd olunmalıdır.Elanın nömrəsi istifadəçi hesabınızda “Sifarişlər” bölməsində hər bir elan üçün göstərilir.

Qayda pozuntularına yol verilibsə, hətta haqqı ödənilmiş elanlar da ləğv edilə bilər.

Əgər xidmət artıq göstərilibsə, ödənişli xidmətlərə görə ödənilmiş haqq geri ödənilmir.Həmçinin, xidmətin göstərilməsinin başlama vaxtı dəyişdirilə, xidmət başqa elana keçirilə bilməz.

Hər bir istifadəçi öz istifadəçi hesabına daxil olmaqla öz sifarişləri,elanın statusu və müxtəlif statistik məlumatlarına baxış edə və icazə verilən dəyişiklikləri edə bilər.

Trendcaspi.com saytının rəhbərliyi qaydaların istənilən vaxtı birtərəfli qaydada, öncədən məlumat vermədən (xəbərdarlıq etmədən) dəyişdirilməsi hüququnu özündə saxlayır.

Son yeniləmə tarixi : 26.05.2021

İSTİFADƏÇİ RAZILAŞMASI TRENDCASPİ.COM

1.Ümumi şərtlər

1.1. Həmin Razılaşma https://trendcaspi.com saytının (saytın xidmətinin) İstifadəçiləri tərəfindən istifadə şərtlərini müəyyən edir.

1.2.1. Xidmət – İnternet şəbəkəsində https://trendcaspi.com ünvanında yerləşdirilmiş internet-resursu (sayt),müxtəlif əməliyyat sistemləri əsasında sayta əlavələr və başqa xidmətlər, həmçinin proqram təminatıdır,saytın,əlavələrin və başqa xidmətlərin dizaynı (qrafik tərtibatı), məlumat bazası,xidmətlərin istənilən bölməsi (yarımbölmələri),həmçinin xidmətlərdə Administrasiya və İstifadəçilər tərəfindən yerləşdirilmiş informasiyadır

1.2.2. Administrasiya – Xidmətin inzibatçılığını həyata keçirir.Xidmətə aid bütün mülkiyyət hüquqları müstəsna olaraq administrasiyanın rəhbərinə aiddir.

1.2.3. İstifadəçi – razılaşma şərtlərini qəbul etmiş və Saytın xidmətlərindən istifadə edən istənilən hüquqi səlahiyyəti olan şəxsdir.

1.2.4. İstifadəçi hesabı – Bu istifadəçinin saytda elan yerləşdirmək və saytın digər xidmətlərindən istifadə etmək üçün həmin istifadəçi tərəfindən yerləşdirilən məlumatlar əsasında yaradılmış bir şəxsi kabinetdir.Hər hansı bir istifadəçinin yalnız bir şəxsi hesaba (istifadəçi hesabı) malik olmaq hüququ var.

1.2.5. İstifadəçinin şəxsi informasiyası – İstifadəçi haqqında məlumatlar və ya məlumatlar məcmusudur ki, istifadəçi özü haqqında,istifadəçinin şəxsi məlumatları, xidmətdən istifadə prosesində Administrasiyaya avtomatik olaraq ötürülən informasiya,o cümlədən İP- ünvan,cookie-dən informasiya,istifadəçinin brauzeri haqqında və istifadəçi haqqında digər informasiyalar daxil olmaqla,qeydiyyat vaxtı sərbəst və ya xidmətdən istifadə prosesində təqdim edilir.

1.2.6. Informasiya – Saytda istifadəçi və ya  Administrasiya tərəfindən yerləşdirilmiş istənilən informasiyadır.

1.2.7. Spam – kütləvi olaraq yayılan və eyni zamanda alınması arzuolunmaz olan reklam və ya digər məzmunlu məlumatdır.Başqa sözlə, spam – tələb edilməmiş məlumatların kütləvi və anonim göndərilməsidir.Burada anonim yayma dedikdə məlumatların gizli və ya saxta əks ünvanla avtomatik yayılması başa düşülür.

1.2.8. Həmin Razılaşmanın Tərəfləri – Administrasiya və İstifadəçidir.

1.3.Həmin İstifadəşi Razılaşmasında istifadə olunan “Terminlər və təyinlər” bəndində əksini tapmayan istənilən terminlər və anlayışlar, İstifadəçi Razılaşmasının mətnindən yaranan mənaya müvafiq olaraq izah ediləcəkdir.İstifadəçi Razılaşmasında istifadə edilən terminin və ya təyinin izah edilməsi barədə istənilən fikir ayrılıqlarının yaranması halında Administrasiya tərəfindən müəyyən edilən izah etmə tətbiq ediləcəkdir.

1.4. Saytın xidmətlərindən və materiallarından istifadə edilmə qüvvədə olan qanunvericiliyin normaları,həmçinin də hazırki Razılaşma ilə tənzimlənir.

1.5. Hazırki Razılaşma ictimai ofertadır ( razılaşdırmanın əsas şərtlərini özündə əks etdirən formal təklif).

1.6. Saytın xidmətlərindən istifadə edərək, istifadəçi hazrki razılaşmaya qoşulur və saytın xidmətlərindən istifadə üzrə təlimatlarına riayət etmək şərtlərini və öhtəliklərini qəbul edir.

1.7. Şirkət adından xidmətdən istifadə halında belə şirkət hazırki razılaşmanı qəbul edir.

1.8. Administrasiya istənilən vaxt birtərəfli qaydada hazırki razılaşmanın şərtlərini dəyişdirmək hüququna malikdir.

1.9. İstifadəçinin hazırki Razılaşmanın şərtləri ilə və ya ona daxil edilmiş dəyişikliklərlə razılaşmadığı halda o Xidmətə (Sayta) girişdən imtina etməli,Saytın xidmətlərindən istifadəni dayandırmalıdır.

1.10. Bununla Administrasiya istifadəçilərə saytın xidmətlərindən istifadə etməklə elanların yerləşdirilməsi və axtarışı üzrə xidmətləri təklif edir.

1.11. Ayrı xidmətlərin verilməsi xüsusi qaydalarla və ya razılaşmalarla tənzimlənə bilər.

1.12. İstifadəçi o haqda müddəanı qəbul edir ki,saytın bütün materialları və xidmətləri və ya onların istənilən hissəsi reklamla müşayiət oluna bilər.İstifadəçi onunla razıdır ki,Administrasiya hər hansı məsuliyyəti daşımır və belə reklamla əlaqədar hər hansı öhdəlikləri yoxdur.

1.13. Saytda qeydiyyat könüllüdür.Qeydiyyatdan keçmiş istifadəçi saytın əlavə xidmətlərinə daxil olur.Administrasiya istifadəçidən onun qeydiyyat vaxtı göstərdiyi məlumatların təstiqlənməsini və təstiqləyici sənədləri istənilən vaxt tələb etmək hüququnu özündə saxlayır.

1.14. İstifadəçi öz şifrəsini gizli saxlamağı öhtəsinə götürür.İstifadəçi öz elektron ünvanından və şifrəsindən istifadə etməklə yerinə yetirdiyi hərəkətlərə,həmçinində şəxsi kabinetində yerinə yetirilən hərəkətlərə görə məsuliyyət daşıuır.İstifadəçi saytın xidmətlərindən yalnız öz şəxsi elektron ünvanı və şifrəsi vasitəsi ilə istifadə etmək hüququna malikdir.Əgər istifadəçidə onun şəxsi kabinetinə icazəsiz daxil olmalar barədə əsaslı şübhələr varsa ,istifadəçi öz şifrəsini sərbəst dəyişməyi öhdəsinə götürür.

1.15. Administrasiya istifadəçilər tərəfindən qeydiyyat (avtorizasiya) zamanı verilən informasiyanın düzgünlüyünün yoxlanması üçün xüsusi texniki qərarlardan istifadə etməkdə haqlıdır.

1.16. Administrasiya zəmanət verə bilməzki,istifadəçi həqiqətən təqdim edildiyi kimidir,saytda qeydiyyat zamanı istifadəçi tərəfindən verilmiş informasiya isə doğrudur.

1.17. Administrasiya öz şəxsi mühafizəsi üzrə istifadəçinin hazırki Razılaşmanın şərtlərini pozan xidmətlərinə girişi dayandırmaq hüququnu özündə saxlayır.

1.18. İstifadəçi tərəfindən başqa şəxslərin hüquqlarının və ya qüvvədə olan qanunvericiliyin pozulması halında, həmçinin başqa səbəblərdən öz istədiyi kimi, xidmət istifadəçinin girişini məhdudlaşdırmaq və ya dayandırmaq hüququna malikdir.

1.19. Xidmətlərə girişi dayandırılmış istifadəçi saxta yollarla xidmətlərə giriş əldə etməyə cəhd etməməlidir.

2.Xidmətlərdən istifadə.Elanların yerləşdirilməsi.

2.1. Administrasiya xüsusi formanı doldurduqdan sonra bütün qeydiyyatdan keçmiş istifadəçilərə saytda elanları yerləşdirmək hüququnu verir.

2.2. İstifadəçi qanunvericilik və ya beynəlxalq hüququn norma və prinsiplərinin pozulması kimi baxıla bilən hərəkətləri,o cümlədən intellektual mülkiyyət,müəlliflər və yanaşı hüquqlar sahəsində,həmçinin saytın normal işinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara biləcək istənilən hərəkətlərə təşəbbüs etməməyə razılaşır.

2.3. NV barəsində bütün sazişlər istifadəçilər arasında birbaşa bağlanır.Sayt güstərdiyi xidmətlər vasitəsi ilə istifadəçilər tərəfindən həyata keçirilən sazişlərin iştirakçı və ya vasitəçi deyildir.Administrasiya belə sazişlərə nəzarət etmir və onlara görə məsuliyyət daşımır.

2.4. İstifadəçinin xidmətlərdəki şərhləri və başqa qeydləri qanunvericiliyin tələbləri və hamı tərəfindən qəbul edilmiş əxlaq normaları ilə ziddiyyət təşkil etməməlidir.

2.5. İstifadəçiyə xəbərdarlıq edilmişdirki,saytın administrasiyası saytda yerləşdirilmiş istinadlar vasitəsilə xarici resurslara girişə və istifadəyə görə məsuliyyət daşımır.Administrasiya elanların məzmununa,başqa resurslara istinadlar və elanların təsvirində göstərilmiş başqa informasiyaya görə məsuliyyət daşımır.

2.6. Istifadəçi tərəfindən verilmiş elanları,məlumatları və informasiyanı dərc etmək hüququnun Administrasiya tərəfindən alınması məqsədi ilə istifadəçi Administrasiyaya hər yerdə qüvvədə olan,müddətsiz,qaytarılmaz,qeyri-müstəsna istifadə,yayılma,nəşr,yığım,işlənmə,nümayiş,surət çıxarma,təkrarlama hüququnu,məlumatların,təsvirlərin,şəkillərin,video və audio materialların,məlumat bazalarının,nəşirlərin,müəllif hüquqlarının və intelektual mülkiyyət hüquqlarının,həmçinin istifadəçi tərəfindən bütün məlum olan və ya məlum olmayan informasiya daşıyıcılarında istənilən başqa informasiyanın yenidən hasili hüququnu verir.Yuxarıda sadalanmış hüquqlar Administrasiyaya pulsuz verilir.İstifadəçi saytın bütün istifadəçilərinə onun tərəfindən yerləşdirilmiş informasiyaya giriş hüququ verir.

2.7. İstifadəçi tərəfindən istənilən informasiyanın və məlumatların verilməsi ilə əlaqədar olaraq üçüncü şəxslərin hüquqlarının pozulmasına görə Saytın Administrasiyası məsuliyyət daşımır.

2.8. Saytın istifadəçisi saytın təlimatlarına uyğun olaraq elanları yerləşdirməyi və NV və onun satılması şərtləri haqqında etibarlı və tam informasiyanı verməyi öhdəsinə götürür.İstifadəçi elanda göstərilmiş NV haqqında informasiyanı yoxlamalı və,səhv və ya natamam məlumatlar aşkar edildikdə,elandakı lazımlı düzəltməli və ya tamamlamalıdır.

2.9. NV ilə elanı yerləşdirərək istifadəçi təstiq edir ki,o bu NV barəsində göstərilmiş hərərkətləri həyata keçirmək hüququna malikdir.

2.10. istifadəçi təsdiq edir ki,Saytda elanlarda informasiyanın və məlumatların yerləşdirilməsinə,bütün lazımlı hüquqlara,lisenziyalara,icazələrə malikdir,bütün patetntlər,ticarət markaları,ticarət sirrləri,intellektual mülkiyyət hüquqları daxil olmaqla,və ya uyğun olan yazılı razılığa,lisenziyaya və üçüncü şəxslərin onların adlarından,təsvirlərdən və ya başqa obyektlərdən istifadə üçün icazəsinə malikdir.

2.11. Sayt istifadəçidən yerləşdirilmiş NV haqqında əlavə məlumatı və ya istifadəçi tərəfindən verilmiş məlumatları təsdiqləyən sənədləşməni tələb etmək hüququna malikdir.Sayt belə sənədləşmənin və ya informasiyanın verilməsinə qədər nəşri saxlamaq hüququna malikdir.

2.12. İstifadəçi saytda ona aid olan istənilən NV-ni (bu şərtlə ki,bunun üçün icazələr tələb olunmur) saytın qüvvədə olan qaydalarına riayət etmək şərti ilə, satmaq hüququna malikdir.

2.13. Xidmətlərin yüksək keyfiyyətini dəstəkləmək üçün,Administrasiya Saytda aktiv elanlarının miqdarını məhdudlaşdırmaq hüququnu özündə saxlayır.

2.14. Elanda NV-in istifadəçi tərəfindən göstərilmiş təsviri bu NV -in satışı şərtlərini təşkil edir.

2.15. Saytın elanda göstərilən satış şərtləri və NV-in təsviri,həmçinin elanın başqa şərtləri qüvvədə olan qanunvericiliyə və hazırki Razılaşmaya zidd olmamalıdır.Əgər elanın hər hansı şərti qüvvədə olan qanunvericiliyə və ya hazırki razılaşmaya dəyişikliklərin edilməsi nəticəsində müvafiq uyğunsuzluqlar yaranarsa,belə elan istifadəçi tərərfindən elə tamamlanmalı və ya dəyişdirilməlidir ki,uyğunsuzluqlar aradan qaldırılsın.Uyğun olan dəyişiklərin daxil edilməsinin qeyri-mümkünlüyü halında belə elan istifadəçi tərərfindən silinməlidir.Hazırki bəndə göstərilən halların yaranması vaxtı zərurət yaranarsa,Administrasiya belə elanların düzəlişi və ya silinməsi üzrə hərərkətləri İstifadəçinin ilkin xəbərdarlığı olmadan həyata keçirmək hüququnu özündə saxlayır.

2.16. Saytda o elanlar qadağan edilmişdir ki,nəşri qüvvədə olan qanunvericiliyi pozur,hamı tərərfindən qəbul edilmiş əxlaq normalarına ziddir,özündə spam və ya aldadıcı informasiya daşıyır,həmçinin üçüncü şəxslərin hüquqlarını pozur.İstifadəçi əmin olmalıdır ki,təklif qüvvədə olan qanunvericilik və hazırki Razılaşmanın şərtlərini pozmur.

2.17.Pullu xidmətlərdən istifadə zəmanət vermir ki, elan hazırki Razılaşmanın pozulması zamanı Administrasiya tərərfindən bloklanmayacaqdır.Elanların yerləşdirilməsi qaydalarının pozulması halında ödənmiş xidmətlərə görə pul vasitələri qaytarılmır.

2.18. Elanda özündə satış təklifləri və ya mallar və xidmətlər haqqında başqa informasiyanı saxlayan internet-saytların səhifələrində istinadları qoymaq qadağandır.

2.19. İstifadəçi aşağıda verilən xidmətləri dəstəkləməməyi və haqqında informasiyanı yaymamağı öhdəsinə götürür:

2.19.1. başqa ticarət platformaları,internet hərracları və ya internet mağazaları tərəfindən;

2.19.2. xidmətdə həmin və ya daha az ödənişlə təqdim edilmiş malları və xidmətləri təklif edən başqa xidmətlər tərəfindən.

2.19.3. Saytda satışa qadağan edilmiş malları və xidmətləri təklif edən başqa xidmətlər tərəfindən.

2.20. İstifadəçi Administrasiyanın yazılı icazəsi olmadan xidmətlərə girişin alınması üçün avtomatik proqramlardan istifadə etməməyi öhdəsinə götürür.Administrasiyanın yazılı icazəsi olmadığı halda elanların yerləşdirilməsinin adi sırasını keçərərk elan yerləşdirməyə icazə verən komputer proqramlarından istifadə qadağandır.

2.21. Bundan başqa,istifadəçi öhdəsinə götürür:

2.21.1. Saytın infrastrukturunu böyük yüklənməyə gətirib çıxara bilən heç bir hərərkətə təşəbbüs etməməyi;

2.21.2. Administrasiyanın ilkin yazılı icazəsi olmadan saytda olan istənilən informasiyanı köçürməməyi,təkrar etməməyi,dəyişdirməməyi,yaymamağı və ictimaiyyətə təqdim etməməyi;

2.21.3. Sayta girişə mane olmaq və ya məhdudlaşdırmaq məqsədi ilə servisin işinə mane olmamağı;

2.22. İstifadəçi tərərfindən verilmiş məlumatlar və onun saytda hərərkətlərində olmamalıdır:

2.22.1. yanlışlıq,qeyri-dəqqilik və ya aldatma;

2.22.2. dələduzluğa,aldatmaöa və ya etimaddan sui-istifadəyə imkan yaratma;

2.22.3. oğurluq və ya saxta əşyalarla sazişlərin bağlanmasına aparma;

2.22.4. üçüncü şəxsin mülkiyyətini pozmaq və ya onun ticarət sirrinə və ya onun şəxsi həyatına toxunulmazlıq hququna qəsd etmə;

2.22.5. özündə kiminsə şərəfini,ləyaqətini və ya işgüzar reputasiyasını təhqir edən məlumatları saxlama;

2.22.6. özündə kimə qarşı olursa olsun böhtan və ya təhdidləri saxlama.

2.22.7. cinayətin törədilməsinə çağırma,həmçinin millətlərarası düşmənçiliyi qızışdırma;

2.22.8. imkan yaratmaq,dəstəkləmək və ya terror və ya ekstremis fəaliyyətə çağırmaq;

2.22.9. ədəbsizlik və ya pornoqrafiya xarakterini daşımaq;

2.22.10. özündə komputer viruslarını saxlamaq,həmçinində başqa komputer proqramları,xüsusu halda,ziyanın çəkilməsinə,səlahiyyətsiz müdaxiləyə,gisli ələ keçirməyə və ya istənilən sistemin məlumatlarının və ya sistemin özünün,və ya onun hissəsinin,və ya şəxsi informasiyanın və ya başqa məlumatların (saytın məlumatları daxil olmaqla) mənimsənməsinə yönəldilmiş;

2.22.11. özündə reklam xarakterli materialları saxlamaq

2.22.12.üçüncü şəxslərin intellektual hüquqlarını pozmaq.

2.22.13. qüvvədə olan qanunvericiliyi başqa üsulla pozmaq.

2.23. Administrasiya saytda barəsində elan yerləşdirilmiş NV-ni bu NV barəsində elan verilməsi zamanı istifadəçi tərərfindən göstərilmiş fərqlənən üsulla reklam etmək hüququna malikdir.

2.24. Administrasiya istənilən elanın servisdən asılı olaraq və ya müstəqil səbəblərdən nümayiş müddətlərinin yerini dəyişdirmək,dayandırmaq,bitirmək və ya uzatmaq hüququna malikdir.

2.25. Administrasiya istənilən vaxt istənilən elanın nümayişini,hazırki Razılaşmada göstərilən qaydaları pozan səbəblərdən,həmçinin də başqa istifadəçilərin hüquqlarını pozan və ya qüvvədə olan qanunvericiliyi pozan səbəblərdən,həmçinin başqa səbəblərdən dayandırmaq hüququna malikdir.

2.26. Administrasiya elanlara düzəliş etmək,onları başqa rubrikalara keçirmək,həmçinin istifadəçilərin elanları ilə istənilən başqa hərərkətləri etmək hüququna malikdir.

2.27. Administrasiya elanların yerləşdirilməsindən (nəşrindən) imtina etmək hüququna malikdir.

2.28. Elanın rəsmiləşdirilməsinə dair tələblər saytda elanların dərc edilməsi qaydalarında “Şərtlər və Qaydalar” bölməsində təyin edilmişdir.

2.29. İstifadəçi qüvvədə olan qanunvericiliyə əsasən elanların məzmununa görə tam və xüsusi məsuliyyət daşıyır.

3. Ödənişli xidmətlər

3.1. İstifadəçilər saytda ödənişli xidmətləri sifariş edə bilərlər.

3.2. Ödənişli xidmətlərin növləri:

3.2.1. VİP paket

3.2.2. Premium

3.2.3. Vip et

3.2.4. Premium et

3.3. Xidmətlərin qiymətləri,həmçinin pullu xidmətlərin sifariş qaydası saytın müvafiq sahələrində göstərilmişdir.

3.4. Xidmətlər üçün ödəniş etmiş xidmət istifadəçisi vəsaitlərin qaytarılması xahişi ilə Administrasiyaya müraciət etmək hüququna malikdir.Pul vasitələrinin qaytarılmasında qaytarılma qayda və ya imtina haqqında qərar birtərəfli qaydada Administrasiya tərərfindən qəbul edilir.

3.5. Administrasiya pul vasitələrinin İstifadəçiyə qaytarılmasından imtina etməkdə hqalıdır,əgər;

3.5.1. İstifadəçi hazırki Razılaşmanın şərtlərini müntəzəm pozursa.

3.5.2. Əgər xidmət aktivləşdirildikfən sonra elan istifadəçi tərərfindən silinmişdirsə.

3.5.3. Ödəmə sistemində hər hansı nasazlıqların yaranması halında sayt istifadəçilər vasitəsi ilə servis xidmətlərini ödəyən ödəmə sistemlərinin işinə görə məsuliyyət daşımır.Pul vasitələrinin ödəmə sistemlərində yaranmış problemlərə görə qaytarılması haqqında məsəslə fərdi qaydada həll edilir.

3.5.4. Digər hallarda Administrasiyanın qərarı üzrə.

3.5. Pul vəsaitlərinin qaytarılma qaydası Administrasiya və istifadəçi arasında hər konkret hal üçün müəyyən edilir.

4. Kommunikasiya

4.1. Administrasiya İstifadəçilərə onların tərəfindən göstərilmiş elektron poçt ünvanlarına və ya telefon nömrələrinə elektron məktublar və ya qısa xəbərlər (sms mesajları) göndərmək hüququna malikdir.Xidmət mesajları saytda dərc edilə bilər.

4.2. Əlavə olaraq istifadəçi anlayır,qəbul edir və razılaşır ki,belə məktublarla və mesajlarla baüqa istifadəçilərdən sazişin bağlanması üzrə təkliflər və digər informasiya və ya reklam xarakterli mesajlar və s. ala bilər.istifadəçi anlayır,qəbul edir və razılaşır ki,belə mesajlar,onların ayrı hissələri reklam xarakterinə malik olabilər,həmçinində özündə reklam və başqa elanları saxlaya bilər.

4.3. Sayta dərc edilmiş mesajlar onların dərc edildiyi anından istifadəçiyə çatdırırlmış hesab edilir.

4.4. Administrasiya başqa istifadəçilər tərəfindən istifadəyə və ya saytda mesajların forma üzrə yerləşdirilmiş avtomatlaşdırılmış sistemlərlə (robotlarla) göndərilməsinə görə məsuliyyət daşımır.

4.5. Administrasiya başqa istifadəçilər və ya robotlar tərərfindən Saytın səhifəklərində istifadəçi tərərfindən yerləşdirilmiş telefon nömrələrindən və elektron ünvanlarından istifadəyə görə məsuliyyət daşımır.

4.6. İstifadəçi təsdiqləyir ki,Administrasiya istifadəçilərə məktub və mesajları göndərmək məqsədləri üçün elektron poçt ünvanlarını və telefon nömrələrini üçüncü şəxslərə vermək hüququna malikdir.

4.7. istifadəçinin Administrasiya və ya saytın moderatorları ilə yazışması  ünvanı saytda göstərilən əlaqə vasitələri ilə aparılır.

4.8. İstifadəçiyə xidmətdə moderatorların və Administrasiyanın hərərkətləri haqqında şərhlər,müzakirələr və başqa yazıları qoymaq qadağandır.

5. Proqram təminatı

5.1. Administrasiya saytın yerləşdirirldiyi domen adının,saytın özünün,mobil əlavələrin,həmçinin bütün xidmət və xidmətin bütün proqram təminatının xüsusi sahibidir.

5.2. Administrasiyanın  intellektual mülkiyyət obyektlərinin surətinin çıxarılması,dəyişdirilməsi,paylaşılması,satılması (realizasiya edilməsi),mübadilə edilməsi,tamamilə və ya hər hansı hissəsinin icarəyə verilməsi,həmçinində Administrasiyanın yazılı icazəsi olmadan proqram təminatının mənbə kodunun “sındırılması” və ya alınmasına cəhd edilməsi qadağan edilir.

6. Məsuliyyətin Məhdudlaşdırırlması

6.1. Servisdə istifadəçi tərərfindən göstərilmiş bütün informasiya (o cümlədən şəxsi məlumatlar) istifadəçi tərərfindən onun NV -in satılması (realizasiyası) və ya kirayə verilməsi üçün yerləşdirilir.

6.2. istifadəçi özü haqqında bu və ya digər informasiyanı ancaq öz maraqlarında,o cümlədən istifadəçi ilə əlaqənin qurulmasının sadələşdirilməsi və ya istifadəçinin eyniləşdirilməsi üçün yerləşdirir.

6.3. Özü haqqında informasiyanı yerləşdirərək, istifadəçi anlayır və razılaşır ki, belə informasiya xidmətdə açıq girişdə yerləşdirilir,yəni tanış olma üçün istənilən müştəriyə və ya saytın istifadəçilərinə əlçatandır.

6.4. İstifadəçi informasiyanı n belə yerləşdirilməsi ilə bütün riskləri anlayır və özünə qəbul edir,o cümlədən,daxil etməklə,amma məhdudlaşdırırlmadan: spam – mesajların göndərilməsi üçün siyahılara elektron poçt ünvanının düşməsi riski,elektron poçt ünvanının müxtəlif növ dələduzlara düşməsi riski,telefon nömrəsinin sms-spamerlərə və ya sms- dələduzlara düşməsi riski və informasiyanın belə yerləşdirilməsindən irəli gələn başqa risklər.

6.5. Sayt NV barəsində sazişlərin təşkilatçısı,vasitəçisi,alıcısı və ya satıcısı deyildir.

6.6. Sayt təqdim etdiyi xidmətlərin istifadəçiləri tərəfindən sazişlərin bağlanmasına və icrasına (həyata keçirilməsinə),sazişlərin bağlanması nəticəsində vurulmuş ziyana,itmiş xeyirlərə,gəlirlərə,maliyyə zərərlərinə və ya vasitəli,faktiki kənar və ya cərimə zərərlərinə,həmçinin hər hansı şəxsin qanunsuz əməlləri nəticəsinə görə məsuliyyət daşımır.

6.7. Saytın xidmətlərindən istifadə edib,istifadəçi onunla öz razılığını təsdiqləyir ki, o saytdan məsuliyyəti öz üzərinə götürərək istifadə edir.sayta yerləşdirilmiş elanların istifadəsi ilə bağlı bütün riskləri daşıyır.

6.8. Xidmət İstifadəçilərə realizasiyası (satışı) və ya əldə edilməsi qanunla,hazırki razılaşma ilə və saytdan istifadənin başqa qaydaları ilə icazə verilmiş mallar barəsində elanları yerləşdirmək imkanı verən alətdir.

6.9. Sayt istifadəçilər tərəfindən yerləşdirilmiş elanları həmişə yoxlamır,nəticədə keyfiyyət,təhlükəsizlik,qanunilik və NV onun təsvirə uyğunluğu,həmçinin də satıcının NV-ni satmaq və alıcının əldə etmək imkanı xidmətin kontrolundan kənardadır.

6.10. Sayt istifadəçilər tərəfindən elanlarda yerləşdirilən informasiyanın etibarlılığına nəzarət edə bilmir.

6.11. Sayt,onun administrasiyası,rəhbərlik və əməkdaşlar, saytda yerləşdirilmiş elanların məzmununa,həmçinin onların etibarlılığına görə heçbir məsuliyyət daşımırlar.

6.12. Administrasiya,onun rəhbərliyi və əməkdaşlar,istənilən xəbərlərin (o cümlədən istifadəçilərtərəfindən poçt qutusuna və ya mobil telefona alınan) məzmununa görə,həmçinin də istifadəçilərin əlaqə məlumatlarının başqa istifadəsinə görə,heç bir məsuliyyət daşımırlar.

6.13. İstifadəçi anlayır ki,saytda elanın yerləşdirilməsi faktı onun zəmanəti deyil ki,hər hansı NV təklifi,satılması və ya əldə edilməsi həqiqidir və qanunidir.Sazişin həyata keçirilməsi haqqında qərarı istifadəçi sərbəst olaraq qəbul edir.

6.14. İstifadəçi razılaşır ki, istifadəçinin və başqa istifadəçilər və ya mütərilər arasındakı mübahisələr istifadəçi administrasiyanı cəlb etmədədn həll edir.

6.15. Administrasiya saytın xidmətlərinə üçüncü şəxslərin Administrasiyanın icazəsi və ya məlumatı olmadan həyata keçirilmiş istənilən girişinə və ya istifadəçilər haqqında istənilən informasiyaya görə (o cümlədədn şəxsi məlumatlar),məsuliyyət daşımır.

6.16. İstifadəçi onunla razıdırki,Administrasiya istifadəçi qarşısında xidmətin istənilən məzmunu ilə bağlı və ya istifadəçi tərərfindən həyata keçirilmiş sazişlər nəticəsində istənilən mümükün və ya yaranmış itkilərlə və ya zərərlərlə əlaqədar,müəllif hüquqlarının qeydiyyatı ilə və belə qeydiyyat haqqında məlumatlarla,xidmətdə mümükün olan mallarla və ya xidmətlərlə həmçinin istifadəçinin saytda yerləşdirilmiş informasiyadan istifadə edərək daxil olduğu başqa əlaqələri ilə, məsuliyyət daşımır və birbaşa və ya dolayı öhdəliklərə malik deyildir.

6.17. Administrasiya xidmətdə ötürüülə bilən və ya sayt vasitəsi ilə üçüncü şəxslər tərərfindən çatdırıla bilən istənilən proqram nasazlıqları,sınıqlar və başqa  texniki və proqram nasazlıqlarına görə ,həmçinin səhvlərə,proqram viruslarına, və s. görə məsuliyyət daşımır.

6.18. İstifadəçi yalnız qüvvədə olan qanunvericiliyə və hazırki razılaşmaya uyğun olaraq hərəkət etməyi ,həmçinin qanunvericiliyə uyğun olaraq saytda və saytın xidmətlərindən istifadə vaxtı şəxsi hərərkətlərinə və hərəkətsizliyinə görə tam məsuliyyət daşımağı öhdəsinə götürür.

6.19. Xidmət istifadəçisinin başqa istifadəçi tərərfindən hüquqlarının pozulduğu halda (intellektual mülkiyyət obyektinin qanunsuz istifadəsi və s.) hüquqları pozulmuş istifadəçi müvafiq şikayət ilə Administrasiyaya və ya moderatorlara müraciət edə bilər.Administrasiya şikayətə baxmağı və onun əsaslı olduğu halda,istifadəçinin hüquqlarının pozulmasının dayandırması üçün tədbirlər görməyi öhdəsinə götürür.

7. İstifadə qaydalarının hərəkət müddəti

7.1. Hazırki razılaşma İstifadəçi tərərfindən saytın xidmətlərindən istifadəsinin başlandığı anından qüvvəyə minir,saytda istifadəçinin qeydiyyatı və ya elanın yerləşdirilməsi faktından asılı olmayaraq və müddətsiz qüvvədədir.

7.2. İstifadəçi istənilən vaxt özünün saytın xidmətlərindən istifadə hüququnu dayandırmaq hüququ vardır.Bundan sonra istifadəçi yeni elanları yerləşdirmək hüququna malik deyildir.

8. Digər Şərtlər

8.1. Mübahisələrin yarandığı halda hazırki razılaşmanın tərərfləri onları danışıqlar yolu ilə,hazırki razılaşmaya uyğun həll etməyi öhdəsinə götürür.

8.2. Bütün mübahisələrə dair Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir.

8.3. Sayt birtərəfli qaydada və istifadəçilərə bildirmədən hazırki razılaşmanı dəyişdirmək hüququna malikdir.Razılaşmanın yeni redaksiyası saytda dərc olunduğu tarixdən qüvvəyə minir.

8.4. razılaşmada heçnə istifadəçi və Administrasiya arasında agent münasibətlərinin,yoldaşlıq,birgə fəaliyyət,şəxsi işə götürmə münasibətlərinin və ya Razılaşma ilə birbaşa nəzərdə tutulmamış hər hansı bir başqa münasibətlərin müəyyən edilməsi kimi anlaşıla və izah edilə bilməz.

8.5. Məhkəmə tərəfindən razılaşmanın hər hansı müddəasının etibarsız və ya məcburi icraya aid olmayan kimi tanınması Razılaşmanın başqa müddəalarının etibarsız olması ilə nəticələnmir.

8.6. Razılaşmanın müddəalarının istifadəçilərdən hər hansı biri tərəfindən pozulması halında Administrasiya tərəfindən fəaliyyətsizlik daha sonra Administrasiyanı öz maraqlarının və hüquqlarının müdafiəsinə uyğun olan hərərkətləri təşəbbüs etmək hüququndan məhrum etmir.

8.7. Hazırki Razılaşma ilə nəzərdə tutlmamış bütün başqa şərtlər və şəraitlər,ayrı fərdi qaydada tənzimlənir.

 İstifadəçi təsdiqləyir ki,hazırki Razılaşmanın bütün bəndləri ilə tanış edilmişdir və onları sözsüz tam həcimdə qəbul edir

1. Məxfilik siyasəti

1.1. Hazırki məxfilik siyasəti https://trendcaspi.com   saytının istifadəçi razılaşmasının ayrılmaz hissəsidir.

1.2. Hazırki məxfilik siyasəti istifadəçinin şəxsi məlumatlarının alıması,saxlaması,açılması,işlənməsi,istifadəsi və müdafiəsi qaydasını müəyyən edir.

1.3. Şəxsi məlumatlar bazasının sərəncamçısı https://trendcaspi.com  saytının Administrasiyasıdır.

1.4. Elanın dərc edilməsi üçün formanı dolduran zaman və ya istifadəçinin qeydiyyatı zamanı həmçinində saytdan istifadənin başqa hallarında,istifadəçi Administrasiyaya məlumatları və şəxsi məlumatları verir.Məlumatın toplanması həmçinin istifadəçi sorğularının keçirilməsi yolu ilə həyata keçirilə bilər.

1.5. İstifadəçi xidmətə özü haqqında şəxsi məlumatların və istənilən başqa informasiyanın verilməsi haqqında sərbəst və könüllü qərar qəbul edir,həmçinin şəxsi məlumatların və informasiyanın Administrasiya tərərfindən işlənməsinə,işlənməsi üçün onların administrasiyanın tapşırığı ilə hərərkət edən başqa istifadəçilərə və ya üçüncü şəxslərə ötürülməsinə öz razılığını bildirir.

1.6. Şəxsi məlumatların işlənməsi istənilən hərərkət və ya hərərkətlərin toplanma,qeydiyyat,yığım,saxlama,uyğunlaşma,dəyişiklik,yeniləmə,istifadə və yayılma kimi məcmusudur (yayılma,reallaşdırma,ötürmə həmçinin xaricə) və şəxsi məlumatların,həmçinin informasiya (avtomatlaşdırılmış) sistemlərinin istifadəsi ilə məhv edilməsidir.

1.7. Şəxsi məlumatların işlənməsinin məqsədləri, o cümlədədən,aşağıdakılardır:

1.7.1. saytın və onun xidmətlərinin fəaliyyətinin yaxşılaşdırılması statistik və analitik məlumatların alınması;

1.7.2. göstərilən xidmətlərinin spektrinin gennişləndirilməsi.

1.7.3. xidmətin və ya üçüncü şəxslərin informasiya və ya reklam xəbərlərinin alınması (yeni imkanlar,aksiyalar və başqa xəbərlər haqqında);

1.7.4. istifadəçilərin və ya üçüncü şəxslərin qanunsuz və ya icazəsiz hərərkətlərinin xəbərdarlığı və qabağının alınması;

1.7.5. qüvvədəd olan qanunvericiliyin tələblərinə riayət olunmasının təmini.

1.8. Sayt istifadəçilər haqqında növbəti informasiyanı toplayır:

1.8.1. Xidmətlərdən istifadə zamanı Administrasiyaya istifadəçinin daxil etdiyi şəxsi informasiyanı göstərir və ya başqa üsulla açır.Belə informasiya,xüsusi halda (lakin məhdudlaşdırılmadan),istifadəçinin adı və soy adı,elektron poçt ünvanı və parolu,telefon nömrəsi,istifadəçinin yerləşdiyi yer,həmçinin qeydiyyat və faktiki ünvanı ola bilər.Əgər istifadəçi sosial şəbəkənin profili vasitəsi ilə daxil olursa,sayt həmçinin belə sosial şəbəkənin profilində yerləşdirilmiş informasiyanı toplaya bilər.İstifadəçi ona verilmişinformasiyaya görə məsuliyyət daşıyır.

1.8.2. Saytın ona giriş zamanı,proqram təminatı tərərfindən avtomatik toplanan texniki informasiya.

1.9. Administrasiya bəzi hallarda bəzi məlumatları xidmətlə əməkdaşlıq edən və ya Administrasiya ilə bağlı olan şəxslərə verə bilər.

1.10. Administrasiya xidmətdən istifadə prosesində istifadəçilər tərəfindən verilmiş informasiyanı və şəxsi məlumatları satmır və icarəyə vermir.

1.11. Xidmətin istifadəçisi başqa istifadəçi tərəfindən verilmiş məlumatlardan,belə istifadəçinin yazılı icazəsi olmadan və ya belə məlumatlardan hər hansı başqa yolla istifadə etmək hüququnun təsdiqi olmadan istifadə etməməyi öhdəsinə götürür.Xidmətdən istifadə ilə əlaqədar başqa istifadəçilər haqqında istifadəçi tərərfindən alınmış bütün məlumatlar yalnız NV barəsində sazişlərin icrasında istifadə edilə bilər.Beləliklə, istifadəçiyə reklam göndərməsi və ya arzu edilməyən elektron xəbərlərin göndərilməsi məqsədləri üçün elektron ünvandan istifadə etməyə,başqa istifadəçinin telefon nömrəsi kimi,həmçinin xəbərsiz edilən qeyri-qanuni hərərkətlərə və ya başqa istifadəçinin xəbəri və razılığı olmadan həyata keçirilmiş hərərkətlərə icazə verilmir.

1.12. İstifadəçi onun göstərdiyi istənilən informasiyanın və məlumatların dəqiqliyi və düzgünlüyü üçün məsuliyyət daşıyır.

1.13. Xidmət və Administrasiya istifadəçinin şəxsi məlumatlarının üçüncü şəxslərin icazəsiz gieişindən müdafiəsi üçün bütün səmərəli ölçüləri qəbul edir.

3. Məxfilik siyasətinə dəyişikliklərin daxil edilməsi.

3.1. Administrasiya məxfilik siyasətinə dəyişikliklər edə,silə və ya qaydalarını yeniləyə bilər.

3.2. Əgər istifadəçi qəbul edilmiş dəyişikliklərlə razı deyilsə, o xidmətdən istifadəni dayandırmalıdır.Əgər istifadəçi saytdan istifadə etməyə davam edirsə, o razılaşır və bütün dəyişiklikləri və məxfilik siyasətinin yeni redaksiyasını bütövlükdə qəbul edir.

Son yeniləmə tarixi – 14.07.2021

 
 
 
Bizə yaz